Mülki şəxs Ermənistanla sərhəd hissədə MİNAYA DÜŞDÜ – YENİLƏNİBbackend

Mülki şəxs Ermənistanla sərhəd hissədə MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

***

16:32
Gədəbəy rayon sakini minaya düşüb.

KONKRET.az ölkə.az-a istinadən xəbər verir ki, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.

Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*