“Münaqişənin dayanmasını istəyirsizsə, ermənilərə silah verməyin!” – PREZİDENTbackend

"Münaqişənin dayanmasını istəyirsizsə, ermənilərə silah verməyin!" - PREZİDENT

“Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir”.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Ermənistan bizim qarşımızda diz çöküb, amma yenə də qüvvələrini səfərbər edib bizə qarşı yeni işğalçılıq siyasəti həyata keçirmək istəyir. Son bir ayda Ermənistana göndərilən silah-sursatın siyahısı bizdədir. Nə vaxt, hardan, nə qədər hansı təyyarə ilə silah gətirildiyi məlumdur. Atəşək istəyən silah verər? Münaqişənin dayanmasını istəyirsizsə, silah verməyin. Verməyin, dayansın. Ermənistanı xilas etmək istəyirsizsə, deyin ki, çıxsın bizim torpağımızdan, rədd olsun, – deyə dövlət başçısı bildirib.

Prezident bildirib ki, biz yolumuza davam edəcəyik:

“Atəşkəs istəyirlərsə, işğalçı dövləti rədd etsinlər torpaqlarımızdan. Əks halda axıra qədər davam edəcəyik. Düşməni axıra qədər qovacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*