Musa Yaqub harada dəfn ediləcək? – Oğlu açıqladıbackend

Musa Yaqub harada dəfn ediləcək? - Oğlu açıqladı

Xalq şairi Musa Yaqub harada dəfn edilməsi ailəsi tərəfindən dəqiqləşdirilib.

KONKRET.az xəbər verir ki, Xalq şairinin oğlu Şəhriyar Yaqubov Teleqraf.com-a açıqlamasında atasının Buynuz kəndində dəfn ediləcəyini bildirib:

“Atam sabah saat 12:00-da Buynuz kəndində dəfn ediləcək. Bu atamın vəsiyyəti idi. Ailə üzvlərim də mənimlə razılaşdılar”.

Qeyd edək ki, Musa Yaqubun kürəkəni Faiq Qarayev saytımıza açıqlamasında aidiyyatı qurumların dan Musa Yaqubun Birinci Fəxri Xiyabanda dəfn edilməsi təklifi ilə çıxış etdiklərini, amma oğlunun mərhumun Buynuz kəndində dəfn edilməsini istədiyini bildirib.

“Oğlu atasının Buynuz kəndində dəfn edilməsini vəsiyyət ediyini deyib. Mən, həyat yoldaşım və bacıları Şəhriyar Yaqubovu dəstəkləmir”,- deyə Musa Yaqubun kürəkəni qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*