Müsavat əksər dairələrdən namizədlərini müəyyən etdi – Siyahı tam hazır deyilbackend

Müsavat əksər dairələrdən namizədlərini müəyyən etdi - Siyahı tam hazır deyil

KONKRET.az xəbər verir ki, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna və Avropa Şurasına dəvət göndərib. APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının prezidentinə təqdim edilib.

Növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar verən partiyaların sayı isə artır. Dekabrın 11-də Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiyanın Rəyasət Heyətinin iclasını keçirib. Partiyanın mətbuat xidmətindən “Yeni Müsavat”a verilən xəbərə görə, iclasda 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın iştirakı məsələsi müzakirə edilib. Müzakirələrin yekunu olaraq Rəyasət Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakını məqsədəuyğun hesab edərək bununla bağlı qərar verib.

Öz növbəsində Müsavat Partiyası seçki dairələrinin əksəriyyətindən namizəd irəli sürəcək. Partiya başqanı Arif Hacılı bildirib ki, əksər dairələrdən namizədlərini müəyyən ediblər: “Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var. Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*