Natia Turnava: Qarabağ münaqişəsinin başa çatması Gürcüstanda iqtisadi artıma əsas verirbackend

Natia Turnava: Qarabağ münaqişəsinin başa çatması Gürcüstanda iqtisadi artıma əsas verir

“Vaksinasiya və bölgədə sülh bu il Gürcüstanda 4,3 %-lik iqtisadi artıma əsas verir”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala müsahibəsində deyib.

Onun sözlərinə görə, 2020-ci il proqnozlaşdırılandan daha çətin keçib: “Bunun əsas səbəblərindən biri pandemiya oldu. Bundan başqa, bölgədəki vəziyyət də hər zaman önəmli rol oynayır. Ötən il Ermənistan və Azərbaycan arasında münaqişə baş verdi. Münaqişənin sülhlə başa çatması çox vacibdir. Regionda sülh hökm sürür və artıq neqativ faktorlar olmayacaq”.

N.Turnava qeyd edib ki, iqtisadi artımı sürətləndirmək məqsədilə faydalı qazıntıların hasilatı üçün çox sayda lisenziyaların verilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi və islahatların aparılması planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*