“Dövlətlərarası münasibətlərin əsasını Ermənistan-Rusiya münasibətlərində mövcud olan qarşılıqlı geosiyasi maraqlar təşkil edir. Dövlətlərarası münasibətlərin əsasını və perspektivini dövlətlərarası müqavilələr təşkil edir ki, onlardan 200-dən çoxu Ermənistan və Rusiya arasında bağlanıb”.
KONKRET.az xəbər verir ki, bunu “Dialoq” şirkətinin sədri Yuri Navoyan “Rusiya-Ermənistan” ikinci ictimai forumu çərçivəsində deyib.
Onun sözlərinə görə, bu gün dünyada tektonik dəyişikliklər baş verir ki, bu da Ermənistan-Rusiya münasibətlərinə təsir edir.
“Daxili siyasi arenada və ya təbliğat səviyyəsində birtərəfli qaydada bir-birini günahlandırmaq şirnikdiriciliyi var. Lakin mən hesab edirəm ki, bu ədalətsiz və sistemsiz yanaşmadır. Eyni zamanda, dünyada baş verən ciddi dəyişikliklərin Ermənistan-Rusiya münasibətlərinə təsiri fonunda bir dənə də olsun sənəd ləğv olunmayıb. Strateji mənada heç nə Ermənistan-Rusiya münasibətlərini təhdid etmir.
Bu münasibətin subyektiv tərəfi də var. İki ölkənin hökumət üzvləri bir-biri ilə nə dərəcədə tanışdırlar? Tərəflər bir-birini necə qəbul edir? Bir tərəfin yeritdiyi siyasət digər tərəf üçün nə dərəcədə proqnozlaşdırıla bilər?”, – Navoyan vurğuladı.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərindəki problemlərdən biri onların yüksək səviyyədə fərdiləşməsidir, ayrı-ayrı şəxslərin fikirləri yüksək vəzifəli məmurların mövqeyinə aid edilir.
“Bundan əlavə, mürəkkəb Ermənistan-Rusiya münasibətləri primitiv səviyyədə ictimaiyyətə təqdim olunur. Yuxarıda göstərilən problemlər bu münasibətlərin real, dərin mahiyyətini əks etdirəcək keyfiyyətli gündəliyin formalaşmasına mane olur. Bununla belə, düşünürəm ki, bu müvəqqətidir.
Ermənistanda Rusiya faktoru kifayət qədər səthi təqdim olunur.
Ermənistan Rusiyanın ən dəyərsiz tərəfdaşıdır və bu mənada Rusiya Federasiyasının siyasi sistemində ciddi boşluq var.
KTMT ilə bağlı təbliğat göstərir ki, guya Ermənistan günahkardır və hər şeyi boykot edir, amma bu, belə deyil. KTMT problemi ayrı məsələdir, Ermənistan təşkilatın himayəsi altında keçirilən tədbirlərdə iştirak etmir, amma ondan da çıxmır”, – deyə Navoyan bildirib.
O hesab edir ki, iqtisadi münasibətlərin yüksək dinamikası Ermənistan-Rusiya münasibətləri haqqında yanlış fikirləri ayıqlayır.
“2024-cü ilin yanvarından mart ayına qədər qarşılıqlı təbliğat müharibəsi olub, bundan sonra qapalı və açıq rejimdə bir müddət iş başlayıb, təxirə salınmış tədbirlər və səfərlər bərpa olunub”, – Navoyan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az