Cari ilin doqquz ayında Naxçıvanda 29 nəfər dəm qazından zəhərlənib.
KONKRET.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkim vəzifəsini müvəqqəti icra edən Hüseyn Əsgərov məlumat yayıb.
Həkimin sözlərinə görə, dəm qazı ilə zəhərlənmə halları, əsasən, qış aylarında, xüsusilə yanvar və mart aylarında daha çox müşahidə olunub.
