Nazir Anar Salahovu işdən çıxardı – Yeni TƏYİNATbackend

Nazir Anar Salahovu işdən çıxardı - Yeni TƏYİNAT

Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

KONKRET.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Fotoda: Anar Salahov

A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.

Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*