Nazir Fidan gözlənilən təhlükəyə diqqət çəkdi: Rusiya-Ukrayna müharibəsi genişlənə bilərbackend

Nazir Fidan gözlənilən təhlükəyə diqqət çəkdi: Rusiya-Ukrayna müharibəsi genişlənə bilər

“Müharibə davam etdikcə iki böyük risklə qarşı-qarşıya qalacağıq. Coğrafi baxımdan bu müharibə Ukraynadan kənara da çıxa bilər. Çünki artıq müharibə getdikcə qızışır və Rusiya və Ukrayna miqyasından çıxır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Ukrayna Sülh Konfransında çıxışında deyib. Rusiya ilə Ukrayna arasındakı müharibənin gündən-günə daha da ağırlaşdığına diqqət çəkən Fidan vurğulayıb ki, “Biz artıq cəmiyyətlər arasında böhranın dərinləşdiyini və qlobal səviyyədə qütbləşmənin alovlandığını görürük. Bu müharibə getdikcə daha çox Rusiya və Ukrayna miqyasından çıxır. İkincisi, bu dağıdıcı adi müharibənin kütləvi qırğın silahlarını ehtiva etməsi riski var. Biz bu gün bu iki riskdən qaçmaq və müharibəyə son qoymaq üçün buradayıq. Onu da qeyd edim ki, zalda münaqişənin qarşı tərəfi olan Rusiya da iştirak etsəydi, bu konfrans daha çox nəticəyönümlü ola bilərdi”.

“Sülhdə uduzan olmayacaq”

“Türkiyə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qətiyyətlə dəstəyini davam etdirir. Bizim sülhə baxışımız real, əhatəli və praktikdir. Bu məqsədlə biz irəliyə doğru bir yol yaratmağa sadiqik. Prezident Ərdoğanın dediyi kimi, sülh içində uduzan olmaz”.

Qeyd edək ki, İsveçrədə dünən başlayan konfransa 92 ölkə və 57 lider qatıldığı halda, Çin Rusiya dəvət olunmadığı üçün konfransa qatılmayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*