Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
KONKRET.az report-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
***
10:29
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb./report/

