“Ev şəraitində müalicə ancaq simptomsuz və yüngül simptomlu şəxslər üçün nəzərdə tutulur”.
KONKRET.az-ın məlumatına görə, bunu Operativ Qərargahın bugünkü brifinqində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, həmin şəxslərin immun sistemini gücləndirmək üçün vitamin tərkibli dərmanlarla müalicə olunması nəzərdə tutulur. Onların dərman təminatı məsələsi həll olunacaq. Koronavirusa yoluxmuş şəxsin özünün apteklərə gedib dərman alması qadağandır”.