“NCN” nəşri: “Ermənilər bağışlanmaz hərbi səhvlərə yol verdi”backend

"NCN" nəşri: “Ermənilər bağışlanmaz hərbi səhvlərə yol verdi”

Dağlıq Qarabağda, Azərbaycan qoşunları tanınmamış respublikanın “paytaxtı” ilə Ermənistanı birləşdirən yola yaxınlaşıb. Verilən məlumata görə, artıq Laçın və Şuşa şəhərləri yaxınlığında döyüşlər gedir.  Ermənistanla Stepanakert arasındakı yolun azərbaycanlılar tərəfindən nə vaxt tutulacağının artıq heç bir fərq yoxdur. Onsuz da üç gün əvvəldən Stepanakert və Şuşanın şərqindəki bütün erməni qruplaşmasının təchizatı dayandırılıb. Yəni indi Laçın dəhlizinin ələ keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Şimal yolu da cəbhə xəttindən çox uzaqda yerləşir və Azərbaycanın səhra topçularının güclü təsiri altındadır.

Mövcud vəziyyətlə bağlı “NCN” nəşri tanınmamış Donbas Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkovun fikirlərini öyrənib. Strelkov bildirib ki, “Erməni ordusunun vəziyyət bir neçə günə çökə bilər. İndi Azərbaycan Ordusu Şuşa ilə yanaşı Martuni uğrunda da qızğın döyüşlər aparır. Şimal cəbhəsində də hücum əməliyyatları aparılır. Ermənistan ən müasir türk texnologiyasından istifadə edən Azərbaycan Ordusuna müqavimət göstərə bilməz. Qarabağ “ordusu”ndan isə danışmağa dəyməz. Bu qarşıdurmaya İran və ya Rusiya Federasiyası çərçivəsində hər hansı bir müdaxilə olmasa, hərbi əməliyyatlar ermənilərin məğlubiyyəti və Qarabağın “işğalı” ilə başa çatacaq.

Strelkov Qarabağda erməni tərəfinin bir çox bağışlanılmaz hərbi səhvlərə yol verdiyini də qeyd edib. “Erməni tərəfi çox sayda həm strateji, həm də taktiki səhvlərə yol verdi ki, bu da cənub cinahında sürətli məğlubiyyətə və kəskin əməliyyat böhranına səbəb oldu. Stepanakert, Martuni, Ağdam bölgələrindən daha çox texnika saxlayaraq cənub və şimal cəbhəni zəif duruma düşürdülər. Azərbaycan Ordusu isə bunu çox gözəl dəyərləndirdi. İndi vəziyyətin geri dönüşü yoxdur. Əgər yaxın günlərdə blokada yarılmasa, Ermənistan və Qarabağın tam məğlubiyyəti qaçılmaz olacaq”, – deyə ekspert bildirib. Onun fikrincə, ermənilərin bu münaqişədəki əsas səhvi son müharibəyə hazırlaşmaları oldu. “Onların (ermənilərin) kifayət qədər güclü topçuları, kifayət qədər döyüşə hazır tankları, çoxsaylı raket sistemləri, adi hava hücumundan müdafiə sistemləri var idi.

“Ancaq Azərbaycan tərəfindən kütləvi şəkildə istifadə edilən şok hücum taktikası hər şeyi alt-üst etdi. Uçan mərmilər və digər ən son texnologiyalar. Ermənilər, ümumiyyətlə, buna hazır deyildilər “, – o, deyə əlavə edib.

Strelkovun fikrincə, Yeni ilə qədər Dağlıq Qarabağ  ermənilər tərəfindən tamamilə itiriləcək.

 “NCN” nəşri .6 noyabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*