Nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün yeni imkanlar açacaq – Overçukbackend

Nəqliyyat əlaqələrinin açılması Ermənistan üçün yeni imkanlar açacaq - Overçuk

Azərbaycanla Ermənistan arasında yolların açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq.

KONKRET.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı deyib.

O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını söyləyib.

“Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq”,- deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*