Nəsimi rayonunda baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcəkbackend

Nəsimi rayonunda baxımsız vəziyyətdə aşkar edilmiş uşaq körpələr evinə yerləşdiriləcək

Nəsimi rayonu ərazisində ictimai iaşə obyektində baxımsız vəziyyətdə aşkar edilmiş körpə polis müşayiəti ilə nümayəndəmiz tərəfindən müvafiq tibb müəssisəsinə yerləşdirilib.

KONKRET.az xəbər verir ki,bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, o, müalicə prosesinin ardınca aidiyyatı üzrə körpələr evinə yerləşdiriləcək.

Xatırladaq ki, iyulun 15-də Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*