Nəsimi rayonunda evdə yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, bina 37-də Mikayıl adlı şəxs evində yanğın törədib. Hadisədən xəbər tutan qonşular FHN-ə və polisə zəng vurublar.
Hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub. Yanğın törədən şəxs qapını açmaq istəmədikdə, FHN əməkdaşları pəncərələri qıraraq içəri daxil olub, yanğının geniş miqyas almasının qarşısını ala biliblər.
Yanğın söndürüldükdən sonra polis əməkdaşları tərəfindən həmin şəxs yaxınlıqdakı bölməyə aparılıb.
Yanğın törədən şəxsin ruhi xəstə olduğu deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
