Nikol Paşinyanın təlxəkliyini sübut edən fakt… – VİDEObackend

Nikol Paşinyanın təlxəkliyini sübut edən fakt… - VİDEO

Təlxək Paşinyan. Prezident İlham Əliyev erməni Baş Naziri boşuna belə adlandırmadı. Təlxək sözü ona yaraşan ən gözəl ifadədir. İndi sizə Paşinyanın təlxəkliyini sübut edən növbəti faktı göstərəcəyik.

Son günlərə qədər dünya liderlərini zəngləri ilə bezdirən Paşinyanın bunun bir nəticə vermədiyini görüb daha bir gülməli addım atıb.

O, öz tvitlərinə Donald Tramp, Emanuel Makronu işarələyir.

Bir siyasətçinin başqa siyasətçiləri tvitinə işarələmək yolu ilə diqqətini cəlb etmək istəməsi isə dünya diplomatiyasında acizlik kimi qəbul edilir.

Müharibə başlayan gündən məğlub olduğunu görən ermənistan Baş Naziri Nikol Paşinyan dünya liderlərini zəngləri ilə bezdirmişdi. Çünki aciz vəziyyətdə olduğundan onlardan durmadan kömək istəyirdi.

Hətta vəziyyət o yerə çatmışdı ki, Paşinyan gündə bir neçə dəfə Rusiyanın Prezidenti Vladimr Putinə, Fransanın Prezidenti Emanuel Makrona zəng etməli olurdu. Onun bu zəngləri dünya mediyasında da geniş işıqlandırılmışdı.

Hətta imdad dilədiyi liderlərin onun zənglərini cavabsız qoyması haqda videolar da sosial şəbəkələrdə trendə çevrilmişdi.

Dünyanın heç bir ölkəsi, heç bir siyasi xadim bu vəziyyətdə Paşinyana kömək edə bilməzdi. Çünki hər kəs Azərbaycanın öz haqqı olan torpaqlarını geri qaytardığını təsdiqləyir. Elə buna görə də, telefon zəngi ilə Prezidentləri bezdirən Paşinyana, deyəsən, zəng qadağası qoyulub. Acizliyə bax ki, küçədən hakimiyyət kreslosuna gələn erməni Baş Nazir artıq tvitterə bel bağlayıb. Tvitterdə paylaşım edən Paşinyan Donald Trampı, Emanuel Makronu da öz postlarında işarələyir. Özü də utanmazcasına.

Humanitar atəşkəs rejmini cəmi 4 dəqiqə sonra özü pozan Paşinyan atəşkəsin, guya, Azərbaycan tərəfindən pozulduğunu yazır və imdad diləyir. O, bu gün paylaşdığı bir posta həm Makronu, həm Trampı həm də rəsmi Kremlini əlavə edib. Növbəti tvitə isə yalnız Donald Trampı təq edib. Amma nə faydası? Atəşkəs üçün yalvaranın da, atəşkəsi kimin pozduğunun da, mülki əhaliyə silah tuşlayıb uşaq qatili olanın da kimliyini dünya liderləri yaxşı görür və bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*