Nöqtəni qoydu – “NATO-ya üzv olmayacağıq”backend

Nöqtəni qoydu - “NATO-ya üzv olmayacağıq”

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin NATO-ya üzv olmayacağını, çünki 1999-cu ildə alyansın bu ölkəni bombalaması nəticəsində həlak olan uşaqları unutmadıqlarını deyib.

KONKRET.az xəbər verir ki, prezident bu qərarını həm də Serbiyanın “neytral ölkə” statusu ilə əlaqələndirib.

“Düşünürəm ki, Serbiya NATO-ya qoşulmamalıdır. Serbiya azad və hərbi cəhətdən neytral ölkədir. Öz torpaqlarımızı özümüz müdafiə edəcəyik”, – Vuçiç bildirib.

Məlumata görə, NATO-nun Kosovoda mülki əhaliyə qarşı qırğınlara son qoymaq üçün Yuqoslaviyadakı bəzi hədəflərə endirdiyi hava hücumları nəticəsində 489-528 dinc insan həyatını itirib. Təxminən 3 aya yaxın davam edən əməliyyat nəticəsində dəyən maddi ziyanın 100 milyard dollar olduğu təxmin edilir.

Kosovo 2008-ci ildə birtərəfli qaydada Serbiyadan müstəqilliyini elan edib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*