Oğuzun 60-dan çox sakininin zəhərlənmə səbəbi bilinmir – VİDEObackend

Oğuzun 60-dan çox sakininin zəhərlənmə səbəbi bilinmirVİDEO

Oğuz rayon mərkəzi xəstəxanasına son iki gündə 60-dan çox xəstə mədə-bağırsaq patalogiyası şikayəti ilə müraciət edib.

KONKRET.az-ın məlumatına görə, şikayət edənlərin əksəriyyəti uşaqlardır. Üstəlik, bu insanların heç biri eyni ərazidə yaşamırlar.

Xəstəliyin səbəbinin araşdırılması üçün aidiyyəti qurumlara da müraciət olunub, hazırda araşdırmalar aparılır.

60-dan çox xəstədə ürəkbulanma, həzm pozğunluğu, ishal və halsızlıq əlamətləri olub.

Bəzilərində isə yüksək temperatur da müşahidə edilib.

Xəstələrin əksər hissəsinin 1-15 yaş arası uşaqlar olması diqqət çəkib. Həkimlər dərhal simtomatik müalicələr ediblər. Ancaq xəstəliyin səbəbini dəqiqləşdirmək mümkün olmadığı üçün Oğuz rayon Epidemiologiya və Gigiyena Mərkəzinə müraciət olunub.

Xəstələrdə oxşar mədə-bağırsaq problemləri olsa da, onlar bunun nədən baş verdiyini bilmirlər.

Rayon Gigiyena və Epidemioloğiya Mərkəzində araşdırmalara başlanıb./7Times

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*