Oleq Kuznetsov Rusiyanın Qarabağda gizli niyyəti haqqında danışdı – VİDEOMÜSAHİBƏbackend

Oleq Kuznetsov Rusiyanın Qarabağda gizli niyyəti haqqında danışdı - VİDEOMÜSAHİBƏ

“Dağlıq Qarabağda erməni əhalinin mövcudluğu rus sülhməramlıların Azərbaycanın bu regionunda olmasının başlıca və yeganə şərtidir. Əgər orada ermənilər olmasaydı, rus hərbçilər də olmayacaqdı. Ermənilər Qarabağda yaşamasa, bu, həmin zonanın tam olaraq Azərbaycan qanunverciliyinə keçməsi deməkdir. Bu həm də Cənubi Qafqazdan Rusiya hərbi kontingentinin çıxarılması ilə nəticələnəcək”.

KONKRET.az bildirir ki, bu sözləri Bizim.Media-ya özəl videomüsahibəsində rusiyalı politoloq, tarixçi, qafqazşünas Oleq Kuznetsov səsləndirib.

Kuznetsov əlavə edib ki, “Azərbaycanın erməni icması ilə bu dövlətin əsas əhalisi arasında gərginliyin olması faktoru Rusiya hərbçilərinin bölgədəki mövcudluğunun bünövrəsidir. Bu faktor yekunlaşsa, rus hərbçilərinin Cənubi Qafqazdakı mövcudluğu da sona çatacaq. Buna görə də, sülhməramlı missiyanın öz mandat və regionda mövcudluğuna bəraət qazandıra bilməsi üçün ermənilər Qarabağ nəinki məskunlaşdırılmalı, həm də ora köçürülən ermənilər Azərbaycana qarşı aqresiv ruhda köklənmiş olmalıdırlar. Ona görə də separatçılıq, aqressiya təzahürləri kimi fəaliyyətlərin hamısı vəziyyətin qeyri-stabil olmasına hesablanıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*