Ombudsman Ermənistanın törətdiyi Gəncə qətliamı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi – VİDEObackend

Ombudsman Ermənistanın törətdiyi Gəncə qətliamı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

“Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”.

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib:

“Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar İnstitutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssuf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*