“Ramiz Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır” – Hafiz Hacıyevbackend

"Ramiz Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır" - Hafiz Hacıyev

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən – Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib. Bu barədə Dövlət İdarəçilik Akademiyasından məlumat verilib. Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.

Bununla bağlı KONKRET.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Ramiz Mehdiyevin işdən çıxarılması azdır, o həbs edilməldir: “Müharibə gedən dövrdə belə onlar əlaltdan böyük xəyanətlər etdilər. 5-ci kolonun üzvləri və müəyyən dairələrlə əlbir olub, Azərbaycanda çaxnaşma yaratmağa çalışdılar. Ona görə də Ramiz Mehdiyevin işdən çıxarılması azdır, o, həbs edilməlidir. Onun gördüyü işlər və korrupsiya əməllərinin üstü açılmalıdır. Mehdiyevin yığdığı pullar və sərvətlər Azərbaycan xalqına qaytarılmalıdır. Ramiz Mehdiyev çöldə qaldıqca iylənir və Azərbaycan dövlətçiliyinə zərər verir. Ona görə də o, həbs edilməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*