Xəbər verdiyimiz kimi, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İranda səfərdədir.
KONKRET.az-ın məlumatına görə, Ararat Mirzoyan Tehrana işgüzar səfəri çərçivəsində İranlı həmkarı Əmir Hüseyn Abdullahian ilə görüşüb. Görüşdə nələrin müzakirə mövzusu olduğunu təsəvvür etmək elə də çətin məsələ deyil. Onların birgə bəyanatı gözlənilir.
Maraqlı məqam ondadır ki, Ermənistan gah qərbə, gah ABŞ-a, gah Rusiyaya qaçsa da, heç nə əldə edə bilmədiyindən, indi də İrandan mədət umur. Göründüyü kimi, İran da ona “əl uzadır”.
Görüşdə nələrin “müzakirə” olunduğu barədə əlavə məlumat verəcəyik.
Xuraman Etibarlı
KONKRET.az

