“Öz ölkəmizin daxilində sülh yoxdursa, o zaman qonşularla sülh ola bilməz” – Gevorgyanbackend

“Öz ölkəmizin daxilində sülh yoxdursa, o zaman qonşularla sülh ola bilməz” - Gevorgyan

“Öz ölkəmizin daxilində sülh yoxdursa, o zaman qonşularla sülh ola bilməz”.

KONKRET.az xəbər verir ki, bu fikirləri parlamentin “Ermənistan” fraksiyasından olan deputatı, Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorgyan teleqram kanalında yazır:

“Açıq şəkildə başa düşmək lazımdır ki, yalnız üç dövlətin – Ermənistanın, Gürcüstanın və Azərbaycanın hesabına  Cənubi Qafqazın geosiyasi xəritəsinin hər kəsə uyğun yeni konfiqurasiyası tərtib ediləcək. Bu qərarlar daha uzun bir tarixi perspektivə, yəni  50, 100 və daha çox ilə hesablanıb. Məhz bu çətin prosesdə öz milli maraqlarını qorumaq üçün praqmatizm, ehtiyatlılıq, dost qazanmaq və yeni müttəfiqlər tapmaq qabiliyyətini göstərmək vacibdir. Bu məsələdə əsas olan öz xalqımızı müttəfiqimiz və ya yoldaşımız etmək, ictimai fikir birliyi qura bilməkdir. Çünki öz ölkəmizdə sülh olmasa, qonşularla sülh mümkün deyil” – deyə Gevorgyan vurğulayıb .

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*