Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT – VİDEObackend

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO

Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.

KONKRET.az baku.ws-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsində 21 mərtəbəli binada baş verib.

1991-ci il təvəllüdlü Sevda Şikar qızı Qurbanova özünü binanın 18-ci mərtəbəsindən atıb. Gənc qız həyətdə park edilən avtomobilin üstünə düşərək yerindəcə keçinib.

Sevda Qurbanova subay olub. Onun hadisə baş verdiyi binada yaşamadığı müəyyənləşdirilib.

Nadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*