Pakistanda döyüş təyyarəsi qəzaya uğradıbackend

Pakistanda döyüş təyyarəsi qəzaya uğradı

Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Pəncab əyalətindəki Şkorot şəhəri yaxınlığında qəzaya uğrayıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə təlim uçuşu zamanı baş verib.

Ölkənin hava qüvvələri nümayəndəsinin sözlərinə görə, pilot təyyarədən sağ-salamat çıxa bilib.

Dawn nəşri xüsusi komissiyanın qəzanın səbəblərini araşdıracağını yazıb.

Yanvarın əvvəlində Pakistanın şimalında F-7PG qırıcısı təlim uçuşu həyata keçirən zaman qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*