Pakistandakı hakimiyyət dəyişikliyi iki ölkə arasındakı dostluq əlaqələrinə təsir etməyəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien açıqlamasında bildirib.
Sözçü Cao Çinin qonşu və dost Pakistandakı milli sabitlik və inkişafın davam etməsini arzuladığını açıqlayıb:
“Pakistanın siyasi vəziyyəti nə qədər dəyişsə də, Çin Pakistanla dostluq siyasətini əzmlə davam etdirəcək”.
Xatırladaq ki, Pakistanda İmran Xan hökumətinin devrilməsindən sonra bu gün parlamentdə keçirilən səsvermədə müxalifət blokunun namizədi, Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri Şahbaz Şərif baş nazir seçilib.
İqbal Rzayev,
KONKRET.az
