“Pandemiya bitənədək təhsil sistemini donduraq”backend

"Pandemiya bitənədək təhsil sistemini donduraq"

“Bəzi beyindən əziyyət çəkənlərə deyim ki, mənə onlayn-distant daha çox sərf edir. Ona görə ki, belə olan halda icarə pulu ödəmirəm, digər xərclərdən azadam amma rəhbəri olduğum mərkəzlər fəaliyyət göstərir. Və mən gəlirimi də əldə edirəm, dövlətdən də maliyyə dəstəyi alıram. Əlavə də olaraq rahat universitetdə və kollecdə dərsimi onlayn-distant keçirəm”.- Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

KONKRET.az xəbər verir ki, o, “Sherg.az”a açıqlamasında distant təhsilin əhəmiyyətsiz olduğunu bildirib:

“Mən şəxsi maraqları yox, ictimai maraqları üstün tuturam. Belə ki, onlayn-distant dərs birmənalı olaraq keyfiyyətsizdir.

“Teledərs”, “Virtual məktəb” tamamilə lazımsızdır və öyrədici funksiyası yoxdur. Şagirdlərin alətləri, interneti lazımi səviyyədə deyil. Gəlin, özümüzü aldatmayaq.

İctimai nəqliyyatda sərnişinlər sıxlıqdan tərpənə bilmirlər.

Məktəbdə iltizam yazan şagirdlər ya hazırlıq kurslarındadır, ya repititor yanında, ya da küçədə oynayırlar. Dükan, iaşə obyektləri, market və restoranlarda yer yoxdur, hamı yapışıb bir-birinə. Yoluxma faktı var. Amma vaksinasiya gedir. 500 min insan vaksinasiya olunub. Təhsildə çalışanların 50 faizi peyvəndlənib.

Bəs nəticə? Onlayn-distant tədrisdə uşaqlar kor olur, beli əyri olur, inkişafdan geri qalır, psixoloji sarsılır. Çıxış yolu isə budur ki, pandemiya bitənədək ümumiyyətlə, təhsil sistemini donduraq. Hər kəsin əmək haqqı dayandırılsın. Çünki təhsil öz öhdəliklərini yerinə yetirmir. O zaman dövlət büdcəsindən maliyyələşməsi də  dayandırılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*