Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər – VİDEObackend

Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər - VİDEO

Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 78 ünvanında yaşayan sakinlər ərazidəki tamamilə qurumuş iri ağacın güclü külək zamanı aşma təhlükəsi yaratmasından narahatdırlar.

KONKRET.az xəbər veirr ki, təhlükəli vəziyyətdə olan bu ağacın elektrik dirəklərinin yaxınlığında yerləşməsi ehtimal olunan faciəli qəza riskini daha da artırır. Bir ay öncə eyni vəziyyətdə olan və aşan başqa bir ağacın qalıqları isə aidiyyəti qurumlar tərəfindən ərazidən hələ də tam təmizlənməyib.

 

 

Sakinlərin aidiyyəti qurumlara dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, təhlükənin aradan qaldırılması üçün hələ də heç bir tədbir görülməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*