Papa Ukraynada Pasxa atəşkəsi elan etməyə və silahları yerə qoyub, danışıqlar aparmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “vaticannews” məlumat verib.
Papa Fransisk Ukraynada yenidən qruplaşma və yeni hücumlar üçün deyil, real danışıqlar yolu ilə sülhün əldə edilməsi üçün Pasxa atəşkəsinə çağırıb.
Roma papası bazar günü xütbəsində Ukraynanı xatırladıb.
“Tanrı ilə qeyri-mümkün heç nə yoxdur. Həmçinin sonu görünməyən müharibəni dayandırmaq. Hər gün gözümüzün qarşısında müdafiəsiz mülki əhaliyə qarşı qeyri-insani qırğınlar və amansız qəddarlıq aktları törədilir”, – deyə Papa bildirib.
“Silahlarınızı yerə qoyun! Pasxa atəşkəsi başlasın, ancaq silahları yenidən doldurmaq və yenidən döyüşmək üçün yox! Həqiqi danışıqlar yolu ilə sülhə gəlmək üçün barışıq, hətta xalqın rifahı üçün nəsə verməyə hazırıq”, – deyə o əlavə edib.
Eyni zamanda, Fransisk Rusiya Federasiyasının hərəkətlərinə toxunaraq qeyd edib: “Xarabalar üzərində qaldıracaq bayraq qələbədir?”, – deyə Papa yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
