Parisi “partlatdılar”backend

Parisi “partlatdılar”

UEFA Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, yaralananlar arasında səkkiz polis əməkdaşı da var.

Agen şəhərində yeddi polis əməkdaşı xəsarət alıb, Parisdəki Port-Mayo yaxınlığında isə bir polis əməkdaşını avtomobil vurub, sürücü hadisə yerindən yayınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə qəzetə bildirib ki, azarkeşlərin toplaşdığı Paris dairəvi yolunda baş verən avtomobil qəzasından sonra iki nəfərin vəziyyəti ağırdır. Respublika meydanı yaxınlığında daha bir nəfər bıçaqlanıb. Bir qadının da ürək tutmasından sonra reanimasiyada olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 2 216 yoxlamadan sonra 89 cərimə tətbiq edib, təxminən 100 ədəd pirotexniki vasitə müsadirə ediblər.

“Le Figaro” qəzeti bir polisin yaralandığını xəbər verib. Parisin “Park de Prens” stadionunun yerləşdiyi XVI dairə çörək sexi və bir restoran da zərər görüb.

Qəzetin məlumatına görə, Yelisey küçəsində altı avtomaşın və bir qəzet köşkü yandırılıb. Polis təxminən 1 000 nəfəri saxlayıb, iğtişaşçılar isə icarəyə götürülmüş velosipedlərdən istifadə edərək barrikadalar qururlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları vaxtaşırı göz yaşartıcı qazdan istifadə edirlər.

PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra Parisdə baş verən iğtişaşlar zamanı dörd nəfər yaralanıb. “Le Figaro” qəzetinin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatına görə, Parisin 11-ci dairəsində Respublika meydanı yaxınlığında bir nəfər bıçaqlanıb. Digər zərərçəkən isə 5-ci dairədəki Sen-Bernard sahilində Sena çayına düşüb.

Bundan əlavə, skuter sürən iki nəfər çox sayda azarkeşin gəzdiyi Paris dairəvi yolunda beton maneəyə çırpılıb.

Şəhərdə iğtişaşların davam etdiyi qeyd olunur: XVI dairədə İena prospektində səfirliyin yaxınlığındakı tikinti qoşqusu yandırılıb. Qəzet hansı diplomatik nümayəndəliyə istinad edildiyini dəqiqləşdirmir.

Ölkə daxilində iğtişaşlar zamanı 416 nəfər, o cümlədən Parisdə 283 nəfər saxlanılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının fınalında İngiltərənin “Arsenal” və Fransanən PSJ klubları qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1.

Hesabı 6-cı dəqiqədə Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*