Partiyalar seçkilərə necə hazırlaşır? – SORĞUbackend

Partiyalar seçkilərə necə hazırlaşır? – SORĞU

Məlum olduğu kimi ölkəmiz yeni parlament seçkilərinin həyəcanı ilə yaşayır. Bu həyəcan siyasi partiyaların gündəlik fəaliyyətində daha çox hiss olunur. Çünki seçkilər partiyalar üçün bir sınaq, həm də bir uğur göstəricisidir.

Ona görə də KONKRET.az seçkilərə hazırlıqla bağlı bəzi partiyaların mövqeyini öyrəndi:

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa:

“Mən özüm yenə də Bakıdan sekçilərə qatılacam. Yəqin ki, ötən çağırış seçildiyim 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyimi verəcəm. Amma regionlardan da namizədlərimiz olacaq. Regionlar da bizim üçün Bakı qədər dəyərlidir. Şəxsən mən özüm də regiondan namizədliyimi verə bilərəm. Amma düşünürəm ki, əvvəlcə seçildiyim dairədə kifayət qədər etibarlı elektoratım var. Mən uzun illərdir ki, bu rayonun əhalisi ilə yaxından ünsiyyətdəyəm. Və özümü bu rayonun seçicilərinə xüsusi tanıtmağa ehtiyac yoxdur. Ona görə mən namizədliyimi Bakıdan verəcəm. Ümumilikdə isə ölkə üzrə 65-70 dairədən partiyamızın namizədi olacaq”.

Azərbaycan Demokratik İslahat Partiyasının sədri Asim Mollazadə:

“Bizim partiya da seçkilərə hazırlıq işlərinə başlayıb. Hazırda partiyanın xüsusi komissiyası irəli sürüləcək namizədləri dəqiqləşdirir. Məqsəd odur ki, daha real və potensiallı üzvlərimiz namizəd olsun. Yəqin ki, yaxın günlərdə namizlədlərin sayı və hansı dairədən namizədliklərin veriləcəyi barədə partiyanın yekun qərarı olacaq. Bu barədə yaxın günlərdə partiyanın bəyanatı yayılacaq”.

REAL Partiyasının sədr müavini Natiq Cəfərli:

“Seçi prosesi yeni start götürüb. REAL Partiyasının rəsmi nümayəndələri heç bir problem olmadan artıq MSK-dan qeydiyyatdan keçiblər. Onlar partiyanın ümimi seçki prosesini yönləndirəcəklər. Partiyamız bu seçkilərə 13 namizədlə qatılacaq. Namizədlərin hamısının sənədləri ilkin araşdırma üçün Dairə Seçki Kommissiyalarına təqdim edilib. Və sənədlərdə problem olmadığı üçün hamısını qəbul elədilər. Yaxın 4-5 gündə ilkin qeydiyyatdan keçməklə bağlı xəbər almalıyıq və imza vərəqələrini götürməliyik. Yəqin ki, həftə sonunadək bu məsələ də öz həllini tapacaq. Bundan sonra imzatoplama mərhələsi başlayacaq. Bu prosesi də çox qısa zamanda tamamlamağı fikirləşirik. Çünki iş gedir, komandalar hazırdır. Yəqin ki, 3-4 günə namizədlərimiz üçün lazım olan imzaları toplayıb təhvil verəcəyik. Bir sözlə, hazırlıqlar sürətlə və keyfiyyətlə davam edir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“AXP də seçkilərə ciddi hazırlaşır. İdarə Heyətinin bir neçə gün əvvəl keçirilmiş iclasında sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə AXP- nin iştirakı haqqında məsələni müzakirə edərək bu seçkilərdə iştirak etmək barədə qərar qəbul etdik. İH seçkilərdə partiyanın, eləcə də maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin edildi. Qərara alındı ki, 48 saylı 1- ci Abşeron Seçki Dairəsindən Məzahir İsrayılovun, 67- ci Sabirabad Deçki Dairəsindən Qiyas Sadıqovun, 68- ci Sabirabad-Şirvan Seçki Dairəsindən mənim, yəni Pənah Hüseynin, 70 saylı Neftçala Seçki Dairəsindən Mircəlal Həmzəyevin, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılovun, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudovun deputatlığa namizədlikləri irəli sürülsün”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*