Partlayışda yaralananların SON DURUMU – RƏSMİ AÇIQLAMAbackend

Partlayışda yaralananların SON DURUMU - RƏSMİ AÇIQLAMA

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.

Bu barədə KONKRET.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda bildirilir ki, Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar. Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*