“İran Qərb tərəfindən təcrid olunub. Bu ölkənin əsas düşmənləri Səudiyyə Ərəbistanı və İsraildir. Türkiyə də onunla heç vaxt dost olmayıb. Düzdür, dostluqdan danışırlar, amma dost deyillər. Ona görə də İran birbaşa Azərbaycana müdaxilə edə bilməz. Tehran bu addımı atarsa, Səudiyyə Ərəbistanı və İsrail onun hərbi obyektlərini darmadağın edə bilərlər. ABŞ, Qərb ölkələri də onları müdafiə edəcək, buna heç kimin şübhəsi olmasın. İran bunu yaxşı anlayır, ona görə də Azərbaycanın üzərinə ordu göndərməz”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan parlamentinin sabiq sədri, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev “LAF TV”-yə müsahibəsində İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və mümkün hərbi müdaxiləsi barədə sualı cavablandırarkən deyib.
Bununla belə, eks-spiker vurğulayıb ki, İranın kəşfiyyat ordusu Azərbaycanın içindədir, onlardan istifadə etməyə cəhd edəcəklər: “Buna şübhə yoxdur, amma yaxasını kənara çəkəcək ki, mənim işim deyil. Bax bunun qarşısını almalıdır Prezident Əliyev”.
R.Quliyev hesab edir ki, hökumət İranın Azərbaycanda sözügedən təsir imkanlarının qarşısını almalıdır. “İlk növbədə ölkədə dini rəhbərlərin 90 faizini dəyişməlidirlər”.
Bu sıraya QMİ rəhbəri Allahşükür Paşazadə də daxildirmi? R.Quliyev bu suala belə cavab verib: “Şeyx Allahşükür Paşazadə İranpərəstdir, bu bir yana qalsın, o, İran şiəliyinə tabe olan şəxsdir. Yəni Xamenei onun dini rəhbəridir. Əlbəttə, Şeyxi də dəyişmək lazımdır. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və s. kimi normal ölkələrdə dini təhsil almış alimlər dini rəhbərliyə gətirilməlidirlər”. R.Quliyev xaricdə dini təhsilin məhdudlaşdırılması ilə bağlı da fikirlərini açıqlayıb. O, hesab edir ki, Azərbaycan da digər müsəlman ölkələri kimi islam fundamentalistlərini ölkəyə buraxmamalıdır: “Bu mümkündür və asandır. Məsələn, Kosova, Albaniya, İndoneziya, Malayziya bu addımı atıblar”.

onu Rusiya təyin edib əsas ora bağlıdır, bu aşkardır, amma molla-seyidlərlə maraqları üst-üstə düşür..
Təəssüf ki, dindarların İrana “baglılıgı” onların vətən sevgisini xeyli üstələyir və bunun ölkəmizin milli təhlükəsizliyinə daim təhdidi hiss etməmək mümkün deyil. Şeyxülislam 20 yanvardan sonra
hər zaman milli təssübkeşliyi İran sevgisinə qurban verib. Son zamanlar isə bunu açıq şəkildə edir. Eyni ilə İranın bizə qarşı siyasətinə paralel olaraq…. Şeyxi vəzifəsindən azad etməyin prosedur qaydası yoxdursa da bunun bir yolu tapılmalıdır. DQ Komitəsi də Mübariz Qurbanlının, Səyyad Aranın qismində dindarlarla çoxdan “dil” tapıb, varlanmaqla məşğuldurlar deyə nəinki dini qurumlara, həm də özlərinə nəzarəti büsbütün itiriblər. Mollalara təbliğat (mitinq) üçün yer icazəsi almaq lazım olmur. Hər huzun məclisi mollalara 7 gün təbliğat üçün ürəyini boşalmağa rahat imkan verir. Möhtərəm Prezident gözünün ucu ilə də olsa dini məsələlərə mütləq nəzər yetirməlidir. Çünki tam zamanı yetişib, sonra gec ola bilər….