Paşinyan azərbaycanlıların arzularını reallaşdırdı – Armen Aşotyanbackend

Paşinyan azərbaycanlıların arzularını reallaşdırdı - Armen Aşotyan

Əgər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə belə taleyüklü və ciddi sənədlər idisə, niyə Ermənistan işğalçı kimi tanınmadı, niyə sanksiyalar tətbiq olunmadı.

KONKRET.az xəbər verir ki, belə bir sərsəm açıqlama ilə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook-da canlı yayımda çıxış edib.

O, əsassız açıqlamasını bu fikirlərlə davam etdirib:

“Əgər bunlar Azərbaycan hökumətinin Nikol Paşinyandan əvvəl istinad etdiyi qətnamələrdirsə, niyə Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatlarında nizamlanma sənədi kimi göstərilməyib? Paşinyan azərbaycanlıların ən cəsarətli və geosiyasi arzularını gerçəkləşdirdi” – deyə Aşotyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*