Paşinyan Putindən Ermənistanda ikinci AES tikilməsini İSTƏDİbackend

Paşinyan Putindən Ermənistanda ikinci AES tikilməsini İSTƏDİ

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini respublikada yeni bir atom elektrik stansiyası tikilməsi imkanlarını nəzərdən keçirməyə dəvət edib.

KONKRET.az  xəbər verir ki, Nikol Paşinyan bu barədə bu gün Putinlə görüşündə bildirib.

“Ümid edirəm ki, bu gün strateji investisiyalarla əlaqəli bəzi məsələləri müzakirə edəcəyik və bu mənada bu gün sizinlə Ermənistanda yeni bir atom elektrik stansiyası tikmək imkanlarını müzakirə etmək istəyirəm”,- deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES Cənubi Qafqazdakı yeganə atom elektrik stansiyasıdır və Ermənistanda istehsal olunan elektrik enerjisinin üçdə birindən çoxunu istehsal edir.

2004-cü ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan tərəfi bu təkliflə razılaşmamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*