Paşinyandan Ter-Petrosyana SƏRT REAKSİYAbackend

Paşinyandan Ter-Petrosyana SƏRT REAKSİYA

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı fikirlərinə reaksiya verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Paşinyanın sözlərinə görə, Ter-Petrosyan İrəvanın son illərdəki siyasətini tənqid edir, lakin bu gün problemin həllini necə görməsindən bəhs etmir.

“Ancaq Ter-Petrosyanın fikirlərinə aydınlıq gətirilməlidir. O, bizə Qarabağdan getməyi və mövzunu bağlı hesab etməyi təklif edir. Ancaq bu gün nədənsə onu yox bizi günahlandırırlar”, – deyə N.Paşinyan bildirib.

Nikol Paşinyan həmçinin “Daşnaksütyun” Partiyasını da sərt tənqid edib. Onun sözlərinə görə, 1918 və 1920-ci illərdə Batumi və Aleksandropol müqavilələrini imzalayan partiya hazırkı hakimiyyəti xəyanətdə ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*