backend

Paşinyanın Fransa səfərinin PƏRDƏARXASI MƏQAMLARI

Paşinyanın Fransaya səfərinin bəzi təfərrüatları məlum olub.

KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, Makronun seçkilərdən əvvəl Paşinyanla təcili görüşmək istədiyini israr etməsi bir sıra nüanslarla bağlıdır.

Həmin nüanslardan biri ondan ibarətdir ki, Paşinyanın səfəri sırf piar xarakterlidir və görüşlərdə heç bir əhəmiyyətli məsələ müzakirə olunmayıb.

Sual ortaya çıxır. Əgər səfər sırf piar xarakterlidirsə və heç bir ciddi məsələ müzakirə olunmursa, onda seçkidən sonra yenidən görüşün nə mənası olacaq? Yenə piar? Erməni blogerləri də vurğulayır ki, jurnalistlər nədənsə bu sualı Nikola verməyib. Versəydilər, onun cavabı daha maraqlı olardı.

Cəmiyyətdə gedən müzakirələrdə daha sonra qeyd olunur ki, Fransa kimi bir ölkə Paşinyanın piarında iştirak etməklə başqa gizli planlarını icra etmək üçün aktivləşib.

Paşinyan tərəfdarları isə iddia edir ki, onun hələ də yüksək reytinqi var. Məhz bu baxımdan hansısa ölkənin Nikolun piarında yaxından iştirak etməsi absurddur. Bu mənada hakimiyyət yetkililəri reytinq məsələsini rədd edirlər.

İyunun 20-si çox məqamlara aydınlıq gətiriləcək. Əgər bu seçkilərdə Nikol qələbə çalacaqsa, deməli, Makron Paşinyanın sırf piarı ilə məşğuldur. Həqiqətən də Paşinyanın necə güclü bir “lider” olduğunu onda biləcəyik.
Hələ dəqiq deyil, bütün zamanların ən güclü “lider”inin piar komandasında Bayden və Xi Jinping də iştirak edir, yoxsa Paşinyan onları joker kimi saxlayır?

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*