Pensiyalar və digər sosial ödənişlərdə azalmalar olacaq? – MÜHÜM AÇIQLAMAbackend

Pensiyalar və digər sosial ödənişlərdə azalmalar olacaq? - MÜHÜM AÇIQLAMA

“Dünyadakı böhranlar Azərbaycanda az da olsa hiss edilməkdədir”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb.Onun sözlərinə görə, məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək:

“Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*