Peskovdan gözlənilməz ADDIM: Zelenskinin ideyasını yüksək qiymətləndirdi – ÖZƏLbackend

Peskovdan gözlənilməz ADDIM: Zelenskinin ideyasını yüksək qiymətləndirdi – ÖZƏL

Dmitri Peskov Zelenskinin Ukraynada referendum keçirmək ideyasını yüksək qiymətləndirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Peskov Kiyevin referendum keçirmək ideyasına Kremlin necə yanaşdığı haqda sualı belə cavablandırıb: “Ukrayna suveren dövlətdir və öz daxili prosedurları ola bilər”.

Peskov eyni zamanda əlavə edib ki, danışıqlar prosesinin təfərrüatlarının açıqlanması zərər verə bilər: “Biz əminik ki, hazırda təfərrüatların ictimaiyyətə açıqlanması, onsuz da aşağı sürətlə irəliləyən danışıqlar prosesinə yalnız zərər verə bilər.  Rusiya nümayəndə heyəti, lazımi təcrübəyə malikdir və dövlət başçısının siyasi iradəsi var. Növbə ukraynalı həmkarlarımızdadır” – deyə Peskov fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında kompromislərin əldə edilməsi üçün referendumun keçirilməsi ideyasını Ukrayna prezidenti Volodimir Zelenski irəli sürüb. O bildirib ki, potensial sazişlər Ukrayna qanunvericiliyinə, o cümlədən ölkə Konstitusiyasına dəyişikliklər tələb edəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*