Polietilen torbalar pulla satılacaq – QƏRARbackend

Polietilen torbalar pulla satılacaq - QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Dəyişikliyə əsasən, həmin qaydalara yeni bənd əlavə edilib.

Əlavə edilən bəndə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.

  • Vidadi
    Fevral 5, 2021 - 16:52

    Əhsən bizim Baş Nazirə! Qayğımıza qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*