backend

Polis yarıçılpaq gözəlçələri həbs etdi və işini itirdi - VİDEO

Əlləri arxalarında qandallanmış üç yarıçılpaq model günahkar sifəti ilə polis idarəsinə tərəf addımlayır, onları isə özündən və bu əməlindən razı olan polis müşayiət edir. Bu kadrlar böyüklər üçün hansısa filmə bənzəsə də, polis rolunu elə kadrlarda görünən polis idarəsinin real əməkdaşı oynayıb.

KONKRET.az xəbər verir ki, Mayami polisi sosial şəbəkələrdə sürətlə yayılan bu kadrların araşdırılmasına başlayıb. Məlum olub ki, polis zabiti Vilyam Biker xidməti formasında real polis idarəsinin qarşısında saxta həbs səhnəsində iştirak edib.

Kadrlarda görünən gözəlçələr Fransiya Ceyms, Culianna Kissincer və Meddi Belldir. Onların hər birinin sosial şəbəkədə milyonlarla izləyicisi var. Hər üç insta-model bu videonu öz səhifəsində paylaşıb – videolara ümumilikdə iki milyon yarım adam baxıb, yarım milyon bəyənmə qazanan videolara on mindən çox şərh yazılıb. Playboy ulduzu sayılan Fransiya videoya çox maraqlı ad da qoyub: “Sizin yaxşı, yoxsa pis qızlardan xoşunuz gəlir? Bizi kim xilas edəcək?”

Fransiya öz storizində videonun davamını da paylaşıb. Əlləri qandaldan azad edilən qız polisə təşəkkür edir, polis isə “Biz xidmət və mühafizə etməkdən zövq alırıq”, – deyə cavab verir.

Paylaşımlara verilən şərhlərdə istifadəçilərin fikirləri birmənalı olmayıb. Bəziləri polis sıralarana tərbiyəsiz və ədəbsizlərin yığılmasını da qeyd ediblər. Bəziləri isə vurğulayıblar ki, bu zarafat xarakteri daşıyır və videonu qalmaqal obyekti eləmək düzgün deyil. Amma polis idarəsindən deyiblər ki, Biker araşdırma zamanı tutduğu vəzifədən kənarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*