Polisə yaxalanmamaq üçün ofisiantı FTB-nin agenti olduğuna inandıran məşhur fırıldaqçı – FOTOLARbackend

Polisə yaxalanmamaq üçün ofisiantı FTB-nin agenti olduğuna inandıran məşhur fırıldaqçı - FOTOLAR

Bir gənc hələ 19 yaşına çatmamış həkim, mühazirəçi və vəkil ola bilərmi?

Frank Uilyam Abaqnale tarixə adını möhtəşəm fırıldaqçı olaraq yazdıra bilənlərdəndir.

Ata və anası o uşaq ikən boşanmışdı. Bundan təsirlənən Frank uşaq yaşından evdən qaçıb, bir daha geri dönməmişdi. 1948-ci ildə dünyaya gələn Frank evdən qaçanda 12 yaşı var idi. Frank yaşı artdıqca insanlara qarşı böyük dələduzluqlar edərək yüksək məbləğdə gəlirlər əldə etməyə başlayıb. Həyatı boyunca yüzlərlə insanı alladan Frankın ilk qurbanı öz atası olub.

ailesinin-o-daha-cocukken-bosanmasiyla-cok-sarsilan-frank-butun-hayatini-etkileyecek-bir-kararla-evden-kacti-listelist

Atası teatra maraq göstərən bir insan idi. O atasının ona avtomobilə benzin alması üçün verdiyi plastik kartla maşın ehtiyat hissələri alaraq nağd qiymətə satıb. Beləcə, 15 yaşında ilk dələduzluğunu atasına qarşı edərək, 3400 dollar gəlir əldə etmişdi.

Təcrübəsi olmadan saxta sənədlər hazırlayaraq pilot olmağa qərar verən Frank bu işdə qazanc əldə edə biləcəyini hesablamışdı. O, pilot olduğu günlərdə etdiyi uçusu bu cür izah edirdi: “Mən çərpələng belə uçurda bilmirdim. Təyyarəni necə idarə edirdim, özüm də bilmirdim. Özüm də daxil olmaqla 140 nəfərin həyatı təhlükə altında idi ”.

ekstra

Frankın pilot olma səbəbi isə çox gülməli idi. O bütün dünyanı gəzmək istəyirdi. Lakin bunun üçün yetərincə pulu olmadığı üçün pilot ola biləcəyi qənaətinə gəlmişdi. Ustalıqla saxta sənədlər hazırlamağı bacaran Frank “Pan American World Airways” şirkətində pilot olaraq işləyib. O, 250 uçuş həyata keçirərək 26 ölkə gəzib.

frank-abagnale-004

Onun bir uçuş sırasında saxtakar olduğu ortaya çıxmışdı. Həbs olunacağını hiss edən Frank Gürcüstana qaçaraq bir müddət orada gizlənmişdi. O, burada kirayədə bir gənc oğlan ilə qalırdı. Həmin gənc xəstəxanda həkim olaraq işləyirdi və Franka bir işçinin lazım olduğundan bəhs edirdi. Frank evdə boş oturması yerinə xəstəxanada həkim olaraq işləyə biləcəyini düşündü. O, 11 ay işlədiyi xəstəxanda bir neçə yeni doğulmuş körpələrin həyatını təhlükə altında da qoyub. Heç bir tibbi təhsili olmayan Frank insanlara yalnış bilgilər verir, diaqnozlara aidiyyatı olmayan reseptlər təqdim edirdi.

biri-bu-adama-dur-desin-dedirten-bir-olay-tip-calisani-olarak-calistigi-gunlerde-tibbi-listelist

O, bir müddət sonra “Brigham Young” uiversitetində Frank Adams adı ilə sosiolgiya sahəsində müəllim olaraq işə düzəlib.

el-atilmadik-bir-meslek-birakmadi-ogretim-gorevliligi-de-yapti-listelist

Bu qədər fırıldaqları ilə bitməyən Frank özünə dünyaca məşhur Harvard  universitetinin hüquq fakultəsinin diplomunu saxta yolla düzəldərək vəkil olmaq üçün imtahana gedib.

Frank Abagnale as assistant district attorney (D.A.) in coutroom

12 ölkədə dələduzluq edən Frank həbs olunduqdan sonra çılpaq şəkildə ağır şəraitdə saxlanılıb. Daha sonra İsveçə təhvil verilən Frank 12 illik həbs cəzası alıb. O, sevgilisinin sayəsində həbsxandan qaçmağı bacarıb. Həbsxanadan qaçdıqdan sonra o, yenə saxta sənədlərlə bir oteldə işə düzəlib. Həmin oteldə bir ofisiant onu tanıyıb. Polisə xəbər vermək ofisiantı FTB-nin agenti olduğuna inandıran Frankın bu hərəkəti tarixin ən gülməli və ən ağlasığmaz fırıldağı sayılır. Lakin çox keçməyib ki, yenidən həbs olunub.

artik-suctan-arinmis-bir-hayata-adim-attigindan-gecmisini-de-temizlemek-adina-dolandirdigi-otellerin-listelist

Bu hərəkəti ilə FTB-nin də diqqətini çəkən Frank bacardığı dələduzluqlara həyatını xilas edib. Belə ki FTB-nin onlara bildiklərini öyrtəməsi qarşılığında həbsxandan çıxmasına köməklik olunacağı təklifi gəlmişdi. Frank bu təklifi dəyərləndirib həbsxanadan yenidən çıxdı. 40 ilə yaxın FTB-də dərs keçən Frank 1400-dən çox şirkətə təhlükəsizlik boşluqları barədə məlumatlar təqdim edib.

hayatini-anlatan-catch-me-if-you-can-filminde-gercek-abagnale-filmde-kendisini-canlandiran-leonardo-listelist

Frank haqqında “Catch Me If You Can” adlı bir film də çəkilib. Filmin baş rolunu “Titanik” filmindən hər kəsin tanıdığı məşhur aktyor Leonardo di Kaprio canlandırır. Ən maraqlısı isə Frank özü filmdə onun obrazını canlandıran Leonardonu həbs edən polis kimi çıxış edib.

FTB-nin bir gizli vəzifəsini icra edən zaman tanış olduğu qadınla evlənən Frankın 3 oğlu var. Onun oğullarından biri də FTB-də yüksək vəzifə işləyir.

Turan Oruc
Musavat.com

fbi-icin-gizli-gorevdeyken-tanistigi-kelly-ile-evlendi-ve-uc-oglundan-biri-de-fbi-da-ust-duzeyde-calisiyor-listelist

cok-yalniz-bir-hayat-surdum-ailemle-hic-tatil-yapamadim-yasitim-arkadasim-olmadi-lise-listelist

112210 Photo by Jeffrey Langlois/Palm Beach Daily News. Frank Abagnale Jr. before speaking during the Forum Club Monday at the Cohen Pavilion.

kirk-yili-askin-suredir-fbi-akademisi-ne-dolandiricilik-ve-yolsuzluk-dersleri-veren-abagnale-in-onlem-listelist

dolandiricilik-konusundaki-bilgileriyle-fbi-a-ucretsiz-yardimci-olabilmek-icin-haftada-bir-gun-hapishane-listelist (2)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*