Polislər karantini pozub məclis təşkil edib? – VİDEO – DİN-dən AÇIQLAMA backend

Polislər karantini pozub məclis təşkil edib? - VİDEO - DİN-dən AÇIQLAMA 

Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.

KONKRET.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Həmin görüntülər Quba rayon Polis Şöbəsində araşdırılıb.Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*