“Politik.am”: “Alen Simonyan Putinə “KQB tullantısı” deyir. Bu gün Ermənistanda Simonyan kimi düşünənlər az deyil”backend

"Politik.am": "Alen Simonyan Putinə "KQB tullantısı" deyir. Bu gün Ermənistanda Simonyan kimi düşünənlər az deyil"

Ermənilərin Rusiyaya və ruslara münasibəti heç də hər zaman birmənalı olmayıb. Ermənistanda təkcə müxalifətçilər və sadə adamlar deyil, hakimiyyət mənsubları da zaman-zaman Rusiyanı bu və ya digər şəkildə ittiham ediblər və aşağılıyıblar. Çoxsaylı nəşrlər vaxtaşırı Ermənistandakı mövcud hakimiyyət nümayəndələrinin Rusiyaya olan ikibaşlı, çox zamansa qərəzli fikirləri barədə kifayət qədər yazıb.

KONKRET.az xəbər verir ki, bu sətirlər Ermənistanın populyar “Politik.am” nəşrindən götürülüb. Nəşr daha sonra yazır: “Qəribə burasıdır ki, ermənilərin anti-Rusiya əhval ruhiyyəsi bu günün mövzusu deyil. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan 2013-cü ildə Gürcüstan prezidenti Mixael Saakaşviliyə xoş gəlmək üçün Rusiya prezidenti Vladimir Putini “KQB tulantısı” adlandırmışdı. Təbii ki, bütün bunlardan sonra ruslardan Alen Simonyana hörmət və ya ciddi münasibət göstərməsini gözləmək axmaqlıq olardı. Moskva Simonyanla protokol qaydalarına uyğun olaraq rəsmi görüşlərdə üz-üzə gəlmək məcburiyyətində qalırdı. Ancaq onun Rusiya lideri haqqında tərbiyəsiz və məsuliyyətsiz danışdığını heç kim unutmayıb”.

Politik.am daha sonra yazır ki, “Ola bilsin ki, bu fakt bizim üçün o qədər də əhəmiyyət kəsb etməsin. Çünki özümüz də Ermənistanın indiki Baş nazirinə qarşı ədəbsiz danışırıq. Amma imperatorluq ənənələrinə sahib olan rus elitası üçün bu, vacib məsələdir”.

Nəşr əlavə edir ki, “Alen Simonyan vaxtilə deyirdi ki, “İyrənclikdir, rusların seçmədikləri “KQB tullantısı” Saakaşvilini lağa qoyur. Bu nə tərbiyəsizlikdir… Son vaxtlar tez-tez prezident Saakaşvilidən danışırlar. Mənim diqqətimi Rusiya mətbuatının Saakaşvilinin hakimiyyət müddəti və gələcək istefası ilə əlaqəli pis niyyətli yazılar cəlb etdi. Prezidentlik kreslosunu zorla ələ keçirən bu KQB məxluqunun Saakaşvilini ələ salması iyrənclikdir. Ola bilsin ki, Rusiya kimi böyük və çoxmillətli bir ölkənin dağılmaması üçün Putin kimi birisinə rusların ehtiyacı var. Amma bununla belə qonşu bir ölkənin prezidentini lağa qoymaq səlahiyyətini “KQB tullantısı”na heç kim verməyib. Vaxt gələcək Tbilisinin mərkəzində dahi rəhbər kimi Saakaşviliyə abidə qoyulacaq. Mən buna adım kimi əminəm. Yaxşı xəbərsə budur ki, onun da damarında erməni qanı axır”.

Nəşr uzun müddətdən sonra Alen Simonyanın söylədikləri tərbiyəsiz fikirləri gündəmə gətirməsi təsadüf deyil. Əksinə bir qədər gecikmiş etirafdır. Çünki ermənilər özlərindən başqa heç bir milləti sevmir. Və zaman-zaman hər bir dövlətdən çirkin əməlləri üçün fayda götürməyə çalışıblar. Əlləri boşda qalanda isə əsl sifətlərini göstəriblər. Nəhayət ki, gec də olsa, ruslar yavaş-yavaş erməni xislətini tanımağa başlayıblar.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*