Polşa prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlirbackend

Polşa prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

Polşa Prezidenti Andzej Duda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

KONKRET.az xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Polşa arasındakı ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə ediləcək, müqavilələr imzalanacaq.

Qeyd edək ki, ötən gün Polşanın müdafiə naziri Mariuş Blaşak ölkəsinin 24 ədəd “Bayrakdar TB2”i tank əleyhinə sursatları ilə birlikdə alacaqlarını açıqlayıb.

“Bayrakdar TB2” Polşaya 2022-ci ildə təslim ediləcək. Bununla da Polşa Türkiyədən SİHA almış ilk NATO üzvü sayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*