“Prezident bizə 3 otaqlı ev hədiyyə edib” – Şəhid Siracın qardaşıbackend

“Prezident bizə 3 otaqlı ev hədiyyə edib” - Şəhid Siracın qardaşı

Xəbər verdiyimiz kimi, 22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin – AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış kompleksindəki mənzillərin sənədləri onların ailə üzvlərinə təqdim edilib.

KONKRET.az xəbər verir ki, şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov modern.az-a bildirib ki, onların ailəsinə 3 otaqlı mənzilin orderi təqdim olunub.

Mənzil “Stansiya Sumqayıt” adlanan ərazidə yerləşir.

Ş.Abışov göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib: “Ölkə başçısı bizə üç otaqlı ev hədiyyə edib. Ailəmiz adından minnətdarlığımızı bildiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*