Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarının adlarını açıqladı – SİYAHIbackend

Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarının adlarını açıqladı - SİYAHI

Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb.

KONKRET.az xəbər verir ki, Prezident düşmənin 252 tankı məhv edildiyini bildirib:

“53 tank hərbi qənimət kimi götürülüb – toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma yenə də hələ ki, tanklar var. Piyadaların 50 döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Toplam 79. 251 müxtəlif çaplı toplar məhv edilib, 24-ü qənimət kimi götürülüb. 61 minaatan məhv edilib, 45-i qənimət götürülüb. Toplam 106.

53 tank əleyhinə vasitə, 82 “Qrad” qurğusu, iki “Uraqan”, iki YARS (Yaylım Atəş Raket Sistemi), bir TOS məhv edilib.

Dörd TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki “S-125” zenit-raket kompleksi məhv edilib.

Ən bahalı qurğulardan olan 6 “S-300” zenit-raket kompleksi məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokatr məhv edilib. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket komplekslərindən 2 əməliyyat-taktiki raket kompleksi – “Elbrus” məhv edilib. 1 “Toçka-U” raketi məhv edilib.

231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Toplam 404 yük avtomobilindən biz düşməni məhrum etmişik”.

 

  • Aqil
    Oktyabr 26, 2020 - 13:36

    Ən əsasını açıqlamadınız neçə baş erməni dığası.Gələcəkdə, Xocalıdan əsir alınmış soydaşlarımızla dəyişmək üçün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*