Prezident İlham Əliyevin yerli saytlara müsahibəsi – NİYƏ DƏ YOX?backend

Prezident İlham Əliyevin yerli saytlara müsahibəsi - NİYƏ DƏ YOX?

Telejurnalistika təcrübəmdə Prezident İlham Əliyevin qatıldığı tədbirlərdən reportajlarım olub. Amma ölkənin, deyərdim ki, hətta regionun birinci adamından müsahibə almağa fürsət tapmamışam.

Əvvəl belə fürsətlər çox olmurdu. Son iki il ərzində isə ölkə başçısının yerli telekanallara müsahibələri mütəmadi xarakter almağa başlayıb. Düzü, Azərbaycan liderinin Qarabağ və Şərqi Zəngəzur səfərləri zamanı xalqa müraciətlərində çox suala cavab olduğu üçün müsahibələr aktuallığını itirir. Lakin Ali Baş Komandanın mətbuata açıq olması belə intervüləri zəruriləşdirir.

Jurnalist arzuları:

– 2008-də Jurnalistika məzunu kimi mən də faktın əsas götürüldüyü iş yeri və karyera arzusunda olmuşam;

– 2010-dan Prezidentin iştirak etdiyi tədbirlərə jurnalist qismində qatılmış, daha da inkişaf edib redaktor və baş redaktor vəzifələrində çalışmışam;

– Giley səbəblərimdən biri Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində məktəbli olduğumdur. Bununla da müasir Azərbaycanın memarı ilə müxbir kimi dialoq, müsahibə şanslarımı itirmişəm.

– Hazırda əksər jurnalistlər kimi “əməkdar jurnalist” fəxri adını yox, qalib ölkənin qalib lideri ilə müsahibənin fəxri anını yaşamaq istərdim.

– Saytda çalışır və Prezidentdən intervü almaq imkanlarımın daha da məhdudlaşdığını anlayıram.

Sadəcə, belə bir müsahibənin gerçəkləşəcəyinə inanıram. Çünki İlham Əliyev yeniliklərə imza atmağı ilə seçilən liderdir. Onun yerli telekanallarla mesahibələri olsa da, ölkədaxili mətbuat nümayəndələri ilə, agentlik, sayt və informasiya portalları ilə oxşar intervüsü olmayıb. Belə bir müsahibə təşkil olunsa da, bir çoxları KONKRET.az-ın intervüyə dəvət olunmayacağını düşünür. Onların fikrincə, müsahibə dəvətliləri bunlardır:

1. Azərtac

2. Report

3. Oxu.az

4. Qafqazinfo

(APA, Yeni Müsavat)

Əlbəttə ki, siyahıya başqa saytları, elə KONKRET.az-ı da əlavə etmək olar. Çünki çalışdığım informasiya portalı geniş oxucu auditoriyasına malikdir və hər xəbərdə fakta əsaslandığı üçün bu faktor stabilliyini qoruyur. Əsas odur ki, Prezidentdən müsahibə almaq istəyimiz Azərbaycan ərazi bütövlüyünün tam təmin olunması, Zəngəzur dəhlizinin açılması arzuları ilə eyni tərəzidədir. Çünki Qarabağı işğaldan azad edən və Zəngəzur dəhlizi ideyasının müəllifi Prezident İlham Əliyevdir.

Anar Rəhimov,

KONKRET.az

P.S. Deyəsən, ideya müəllifi də bizik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*