Prezident sarayında ad gününü keçirən Ümid ADA universitetində – FOTObackend

Prezident sarayında ad gününü keçirən Ümid ADA universitetində - FOTO

6 il əvvəl prezidentlə görüşündə ADA universitinə daxil olmağı planlaşdırdığını bildirən Ümid Həbibov bu gün universitetdə qonaq olub.

KONKRET.az xəbər verir ki, bu barədə ADA unversitetin prorektoru Fariz İsmayılzadə “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, Ümid universitetin kampusu ilə tanış olub.

Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Gəncədə səfərdə olarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva martın 19-da ad günü münasibətilə Ümid Həbibovu Prezident Sarayına çay süfrəsinə dəvət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*