Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.
KONKRET.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə öz “Twitter” hesabında məlumat verib.
“Prezident İlham Əliyevin göstərişi ilə Xarici İşlər Nazirliyi ilə birlikdə diplomatik korpusla – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə işğaldan azad olunmuş Cəbrayıl, Zəngilan rayonlarına səfərə yollanırıq” – Prezidentin köməkçisi qeyd edib.
Vəsilə İbrahim
KONKRET.az
